Avropa Oyunları: beş boksçumuz rinqə çıxır

Avropa Oyunları: beş boksçumuz rinqə çıxır
12:32 21 İyun 2015
94 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az Bakı-2015-in rəsmi saytına istinadən bildirir ki, Avropa Oyunlarının 10-cu günündə Bakı Kristal Zalında qadınlar və kişilər arasında boks yarışları başlanıb.

Qadınlar arasında yüngül çəkidə (57-60 kq) təmsilçimiz Yana Alekseyevna 1/8-də finalda saat 13:30-da keçiriləcək döyüşdə onun rəqibi Finlandiyadan Mira Patkonenlə döyüşəcək.

Kişilər arasında yarım-orta çəkidə (69 kq) Pərviz Bağırov 1/8 finalda Moldovadan Vasili Belousla 14:15-də rinqə çıxacaq.

15:30-da 91 kq çəki dərəcəsində Əbdülqədir Abdullayev 1/8 final mərhələsində macar Adam Hamori ilə döyüşəcək. 

Kollazo Sotomayor (64 kq) bu gün 20:30-da 1/8 finalda oynayır. Onun rəqibi Moldovadan Dmitri Qalaqot olacaq. 

75 kq çəki dərəcəsində boksçumuz Xaybula Musalov 21:00-da 1/8 finalda Fransa təmsilçisi Kristian Mbilli Assomo Hallier ilə döyüşəcək. 

İdmançılarımıza uğurlar arzulayırıq!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR