"Bakı-2015": Azərbaycan 34-cü medalı qazandı

"Bakı-2015": Azərbaycan 34-cü medalı qazandı
12:37 21 İyun 2015
66 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı-2015" I Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlar başa çatıb. Fanat.az хəbər verir ki, 4 növdə mükafatçılar müəyyənləşib. 

Qadınlar və kişilərin fərdi çıxışlarında final mərhələsində iki Azərbaycan təmsilçisi də qüvvəsini sınayıb.
 
Kişilərin yarışında çıxış edən İlya Qrişunin batut yarışlarında bürünc medal qazanıb. 58.765 toplayan idmançımız Azərbaycanın 34-cü medalını rəsmiləşdirib. O, yalnız rusiyalı Dmitri Uşakov (60,050), belaruslu Vladislav Hançarovdan (59,380) geri qalıb.
 
Kişilər arasında sinxron hərəkətlərdə idmançımız yer almayıb. Miхail Melnik - Dmitri Uşakov (Rusiya) cütlüyü birinci olub. Miхail Kazak - Uladzislau Hançarou (Belarus) cütü gümüş, Martin Qromovski - Kirilo Sonn (Almaniya) cütü isə bürünc medal qazanıb.

Qadınların batut yarışında Azərbaycanı təmsil edən Svetlana Makştarova 52,595 xalla 5-ci olub. Bu yarışda mükafatları rusiyalı Yana Pavlova (54,335), böyük britaniyalı Katerin Driskol (53,910) və belaruslu Anna Harçonak (53,565) qazanıb.

Kişilər arasında sinxron hərəkətlərdə də təmsilçimiz olmayıb. Mükafatlara Anna Kornetskaya - Yana Pavlova (Rusiya), Marine Jurbert - Joelle Vallez (Fransa) və Beatriz Martines - Ana Rente (Portuqaliya) cütlükləri sahib çıхıb.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbak-2015quot-azrbaycan-34-cu-medal-qazand-t41806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR