Şirvanda baş verən zəncirvari yol qəzasında 3 nəfər ağır yaralanıb

21:07 25 Dekabr 2014
100 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 20:49 ]

Şirvan. Əlibəy Zeynallı-APA.  Şirvanda 3 nəfərin ağır yaralanması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.  

 

APA-nın Mil-Muğan bürosuna Şirvan polis şöbəsindən verilən məlumata görə, qəza Şirvan şəhərinin H.Əliyev prospektində baş verib. 10 RX 324 dövlət nömrə  nişanlı “VAZ 2107”, 19 BF 282 dövlət nömrə  nişanlı “VAZ 2107” və 99 FO 948 dövlət nömrə  nişanlı "Mercedes" markalı avtomobillər zəncirvari toqquşma törədiblər.

 

Nəticədə 3 nəfər, Şirvan şəhər Hacıqıhrəmanlı qəsəbə sakini 1957-ci il təvəllüdlü Abdullayev Mikayıl Cəbrayıl oğlu (döş qəfəsinin əzilməsi və qabırğaların sınığı), Şirvan sakini 1984-cü il təvəllüdlü Tağıyeva Aygün Qəhrəman qızı (bud və çanaq sümüyünün sınığı) və  sürücü 1990-cı il təvəllüdlü Sabirabad rayon Şıxsalahlı kənd sakini Məmmədov Şahbaz Məhəmməd oğlu (qapalı kəllə-beyin travması) ağır bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

 

Sonradan Aygün Tağıyeva Bakı şəhərinə xəstəxanalardan birinə yola salınıb.  

 

Hadisə yerinə FHN-nin xilasediciləri də cəlb olunub. Hadisə zamanı Şirvan-Hacıqabul avtomobil  yolunda tıxac yarandığından yol bir müddət bağlı olub.

 

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR