Bakıda güclü şimal küləyi əsəcək

Bakıda güclü şimal küləyi əsəcək
12:48 21 İyun 2015
104 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Həftənin ilk iş günü Bakıda güclü şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyunun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 22-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam dağlıq rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2408934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR