Əlverişsiz hava şəraitinə görə Tbilisi beynəlxalq aeroportunda bir neçə reys təxirə salınıb

15:38 21 Yanvar 2015
88 Dünya
Ölkə mətbuatı
A- A+


Tbilisi, 21 yanvar, AzərTAc
Əlverişsiz hava şəraitinə görə yanvarın 21-də Tbilisi beynəlxalq aeroportunda bir neçə reys təxirə salınıb.
Aeroportdan mətbuata bildiriblər ki, qatı dumana görə İstanbul-Tbilisi, Dubay-Tbilisi reysləri təxirə salınıb. Tbilisi-Münxen reysi isə gecikib. Bu reyslə uçuşun günün sonuna bərpa olunacağı gözlənilir.
Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alverissiz_hava_seraitine_gore_Tbilisi_beynelxalq_aeroportunda_bir_neche_reys_texire_salinib-826388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR