Paytaxtda çiskinli yağış yağacağı gözlənilir

Paytaxtda çiskinli yağış yağacağı gözlənilir
15:38 21 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Zəif duman olacağı, səhər və gündüz çiskinli yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz arabir 15 m/s-yə çatacaq. Havanın temperaturunun gecə 1-3° isti, gündüz 7-9° isti, Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək.
Temperaturun gecə 2-7° şaxta, dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
Arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti,
dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər dumanlı, çiskinli olacağı,
lakin axşama doğru bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir havanın yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 3-5° isti, gündüz 8-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Paytaxtda_chiskinli_yagis_yagacagi_gozlenilir-826389

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR