Bakıda çoxmərtəbəli binada yanğın

Bakıda çoxmərtəbəli binada yanğın
13:46 21 İyun 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda yaşayış binasında yanğın olub.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına isitnadən evrdiyi məlumata görə, yanğın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində olub. Hal-hazırda təmirə dayanmış ümumi sahəsi 115 kv.m olan 3 otaqlı mənzilin eyvanına yığılmış taxta tullantıları 3 kv.m sahədə yanıb.

Yüksək temperaturdan eyvanın plastikdən ibarət qapı-pəncərə çərçivəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=352213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR