Yasamal rayonunda mənzildə yanğın baş verib

13:57 21 İyun 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 İyun 2015 13:52 ]


Bakı - APA. Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində hal-hazırda təmirə dayanmış ümumi sahəsi 115 kv.m olan 3 otaqlı mənzilin eyvanına yığılmış taxta tullantıları 3 kv.m sahədə yanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan eyvanın plastikdən ibarət qapı-pəncərə çərçivəsi əriyib.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 12:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR