"Qarabağ" sınaq qarşısında

"Qarabağ" sınaq qarşısında
15:41 21 Yanvar 2015
153 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" klubu bu gün növbəti yoxlama oyununa çıxacaq.

ANS PRESS-in məlumatına görə, hazırda Antalyada təlim-məşq toplanışında olan Ağdamlılar ikinci yoxlama oyununda İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq.

Hazırlıq oyunu bu gün Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.

Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri ilk hazırlıq oyununda Xorvatiyanın "Split" klubuna 1:3 hesabı ilə məğlub olub.

"Qarabağ" Antalyada bundan sonra daha 4 oyun keçirəcək. Ağdamlılar yanvarın 24-də "Levski" (Bolqarıstan), 27-də "Legiya" (Polşa), 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) qarşılaşacaq.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR