Bakıda təmirdə olan 3 otaqlı ev yandı

Bakıda təmirdə olan 3 otaqlı ev yandı
14:04 21 İyun 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bakıda təmirdə olan 3 otaqlı evdə yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində hal-hazırda təmirə dayanmış ümumi sahəsi 115 kv.m olan 3 otaqlı mənzilin eyvanına yığılmış taxta tullantıları 3 kv.m sahədə yanıb. Yüksək temperaturdan eyvanın plastikdən ibarət qapı-pəncərə çərçivəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR