"Bütün bunlar hakimliyin inkişafı üçün vacibdi"

"Bütün bunlar hakimliyin inkişafı üçün vacibdi"
15:42 21 Yanvar 2015
152 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında, eləcə də I divizionda idarəçilik edən hakimlərimiz yanvarın 13-dən etibarən "Əlincə" klubunun təlim-məşq bazasında hazırlaşırlar. Fanat.az xəbər verir ki, hazırlığa futzal üzrə FIFA referisi Elçin Məmmədov rəhbərlik edir. 


Təlim-məşq toplanışı barədə Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlama verən Məmmədov bir sıra məqamlara toxunub: "Hazırlığa 38 nəfər cəlb olunub. Təlim-məşq toplanışında əvəzedici heyətlərin, eləcə də I divizion klublarının oyunlarını idarə edən hakimlərlə yanaşı, aşağı yaş qruplarında ədaləti qoruyanlar hakimlər də iştirak edirlər. Qaydaların tətbiqinin izahı Premyer Liqanın hakimləri üçün nəzərdə tutulan proqram əsasında həyata keçirilir. Hazırda biz hava şəraitindən asılı olmayaraq, öz məşqlərimizi davam etdiririk".


Məmmədov əlavə edib ki, hakimlərin fiziki hazırlığına xüsusi önəm verilir: "Fiziki hazırlıq planını Namiq Quliyevlə müzakirə etmişik. Həmin plan əsasında çalışırıq. Gündə iki dəfə fiziki hazırlıq məşqləri təşkil olunur. Bundan əlavə, hər gün hakimlərin çəki prosesi olur. Hakimlərin çəksinə ona görə nəzarət edirik ki, fiziki hazırlıqda problem yaranmasın. Düşərgəyə qonaqlar da gəlir. Onlar öz təcrübələrinə əsasən hakimlərə tövsiyyələrini verirlər. İdarə olunan yoxlama görüşləri hakim-inspektorların köməyi ilə təhlil olunur və müzakirələr aparılır. Bütün bunlar hakimliyin inkişafı üçün vacibdi". 


Fanat.az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR