"Əl-Cəzirə"nin jurnalisti Almaniyada saxlanılıb

"Əl-Cəzirə"nin jurnalisti Almaniyada saxlanılıb
14:23 21 İyun 2015
62 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 iyun /Trend/

“Əl-Cəzirə” beynəlxalq teleşirkətinin tanınmış jurnalisti Əhməd Mənsur Berlin aeroportunda saxlanılıb. Bu barədə Trend telekanala istinadən xəbər verir.

Telekanal jurnalistin Misir hökumətinin müraciəti ilə saxlandığını, əməkdaşının günahkar olmadığını bildirib və Almaniyadan Ə.Mənsurun dərhal azad edilməsini tələb edib.

Telekanalın baş direktoru Mustafa Suaqın sözlərinə görə, Misir hökuməti jurnalistlərə qarşı sərt tədbirləri ilə məşhurdur: “Ərəb dünyasında ən çox izlənən telekanal kimi, bizim şirkət bu təzyiqi hər zaman öz üzərində hiss edib. Digər ölkələr, xüsusilə də Almaniya kimi mətbuat azadlığını dəstəkləyən ölkələr özlərinin mətbuata qarşı təzyiq alətinə çevrilməsinə imkan verməməlidir. Ərəb dünyasının ən tanınmış jurnalistlərindən biri olan Əhməd Mənsur dərhal azad edilməlidir”.

Xatırladaq ki, Ə.Mənsur Misir prezidenti Əbdül Fəttah əs-Sisinin Almaniyaya səfərindən iki həftə sonra saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2408947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR