Azərbaycanda vətəndaşların tibbi sığortası ilə bağlı qaydalar yenilənir

15:42 21 Yanvar 2015
115 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 15:40 ]


Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda uzun müddətdir həllini gözləyən vətəndaşların tibbi sığortası ilə bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılacaq.

 

Parlamentdən APA-ya verilən məlumata görə, bu, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliklər layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, qanunun 13-cü (Vətəndaşların tibbi sığortası) maddəsinə edilən dəyişikliyə görə, vətəndaşların tibbi sığortası (məcburi və könüllü) Azərbaycanın yeni sığorta qanunvericiliyinə əsasən həyata keçiriləcək.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və fevralın 2-də müzakirəyə çıxarılacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR