Daha iki boksçumuz 1/4 finala vəsiqə qazandı - YENİLƏNİB

Daha iki boksçumuz 1/4 finala vəsiqə qazandı - YENİLƏNİB
14:54 21 İyun 2015
86 İdman
Ölkə mətbuatı
A- A+

Yana Alekseyevnadan sonra  69 kq çəki dərəcəsində boksçumuz  Pərviz Bağırov 1/ 4 mərhələsinə yüksəlib. Lent.az-ın məlumatına görə, 21 yaşlı bokçumuzun  moldovalı Vasili Belusla üz-üzə gəlib. Qarşılaşma 3-0 hesabı ilə həmvətənlimizin xeyrinə başa çatıb. Pərviz Bağırov  1/4 final mərhələsində almaniyalı Abass Baraou ilə qarşılaşacaq.

****

13:47

Azərbaycanı qadınların boks üzrə 60 kq çəki dərəcəsində təmsil edən  Yana Alekseyeva 1/4 final mərhələsinə vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, o, 1/8 final mərhələsində  fillandiyalı Mira Potkonen üz-üzə gəlib. Qarşılaşma 3-0 hesabı ilə millimizin üzvünün xeyrinə başa çatıb. 

 

Qeyd edək ki, Azərbaycan millisinin boksçularından Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq), Məhəmmədrəsul Məcidov,  (+91 kq), Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) artıq adını 1/4 finala yazdırıb. Həmçinin, Salman Əlizadə (49 kq), Anna Əlimərdanova (54 kq) və Yelena Vıstropova (64 kq) da yarışa bu mərhələdən başlayacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR