"Bundan sonra Azərbaycanı gimnastika ölkəsi kimi tanıyacaqlar"

"Bundan sonra Azərbaycanı gimnastika ölkəsi kimi tanıyacaqlar"
15:07 21 İyun 2015
48 İdman
Ölkə mətbuatı
A- A+

"İndiyə qədər Azərbaycanı güləş ölkəsi kimi tanıyırdılarsa, bundan sonra gimnastika ölkəsi kimi də tanıyacaqlar". Fanat.az "Trend"ə istinadən xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında Avropa Oyunlarında gimnastlarımızın qazandığı medalları şərh edərkən deyib.

Hüseynzadə bildirib ki, gimnastlarımızın qazandığı medallar sevindirici haldı və onlar Azərbaycana uğur gətirdilər: "Bir həftədən sonra ilk Avropa Oyunlarının bağlanışı olacaq, Azərbaycan idmançıları xeyli sayda medal qazanıblar. Ümid edirəm ki, qalan bir həftədə də idmançılarımız yeni medalları ilə Azərbaycanı sevindirəcəklər".

Qeyd edək ki, artıq Azərbaycan gimnastları 6 medal - 1 qızıl, 2 gümüş və 3 bürünc qazanıblar.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbundan-sonra-azrbaycan-gimnastika-olksi-kimi-tanyacaqlarquot-t41813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR