Ölkəni şoka salan ananın qaynanası: "Bu mənə çox pis təsir etdi" (VİDEO)

Ölkəni şoka salan ananın qaynanası: "Bu mənə çox pis təsir etdi" (VİDEO)
21:16 25 Dekabr 2014
130 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda baş verən hadisə ilin ən dəhşətli hadisəsi də sayıla bilər. Ana həyat verdiyi doğma balasını, iki yaşlı oğlunu boğaraq öldürüb. Onun sərbəst həyatına mane olduğuna görə. İlk əvvəl qadın uşağın qidadan zəhərləndiyini bildirsə də, körpənin boğulduğu aşkar edilib.

ANS TV-nin məlumatına görə, Lənkəranda ana canından can verdiyi doğma balasının canına qıyıb. İki yaşlı oğlan uşağı doğma anası tərəfindən boğularaq qətlə yetirilib. Dəhşətli olay Lənkəran rayonunun Digah kəndində, 24 yaşlı Sevinc Bayraməli qızı Bayramovanın iki ay ərzində kirayə yaşadığı mənzildə baş verib. Qida boğulması adı ilə xəstəxanaya aparılan uşağın qətlə yetirildiyi məlum olub. Sevincin aldatdığı ev sahibəsi də əsl həqiqəti sonra bilib.

Ev sahibəsi Xalidə Əliyeva bildirib ki, polis gecə saat 3-də onlara gəlib: "Dedilər ki, sən deyirdin ki, uşaq özü xəstə olub boğulub. Ana dedi ki, mən onu boğmuşam. Balışı basıb boğmuşam. Səbəbi budur ki, sərbəst yaşamaq itəyirmiş".

Xalidə xanım Sevincin uşaq evində böyüdüyünü, 3 il öncə rus əsilli oğlanla ailə həyatı qurduğunu, əri öldükdən sonra bir nəfər tərəfindən evinə kirayəçi kimi gətirildiyini deyir. Xalidə Əliyeva qadının uşaqla kobud rəftarına daim şahid olduğunu, buna görə onu dəfələrlə danladığını da gizlətmir.

Təfərrüatlara aydınlıq gətirmək məqsədilə Sevincin gəlin köçdüyü Sütəmurdov kəndindəki evinə baş çəkdik. Ev sahiblərinin baş verənlərdən təsirləndiyi bəlli idi.

“Mən Yeni ilə ona hədiyyə, paltar almaq istəyirdim. Sevinc mənə zəng etdi ki, artıq uşaq ölüb. Çox pis oldu. Təsəvvür etməzdim ki, ana doğma övladına qarşı belə hərəkəti edə bilər, onu öldürə bilər. Başa düşmürəm ki, bu necə baş verib”, - deyə uşağını boğanın qaynanası Natalya Qaraqulya bildirib.

Natalya İvanovnaya telefonda iki yaşlı Məhəmmədin şəkillərini göstərəndə qadın göz yaşlarını saxlaya bilmədi. Dediyinə görə, nəvəsinin ölümü onu sonbeşiyi Saşanın (Aleksandrın) ölümündən də çox təsirləndirib. Əri Konstantin Vasilyeviç isə Sevinci Məhəmmədi uşaq evinə verməməkdə təqsirləndirirdi.

Faktı araşdıran Lənkəran Rayon Prakurorluğunda hadisənin təfərrüatları ilə bağlı hər hansı açıqlama verilməsə də, Sevinc Bayramovanın artıq saxlandığı, barəsində həbs-qətimkan tədbiri seçildiyi bildirildi.

Diqqətsizlik, yoxsa ana qəddarlığı. Səbəb müxtəlif olsa da, nəticə birdir. Bir həftə öncə kiçik bir otaqda iki yaşını qeyd edən Məhəmməd daha həyatda yoxdur. Bu çarpayı bundan sonra boş qalacaq, bu oyuncaqlarla da daha oynayan olmayacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR