"Bakı-2015": Əbdülqədir Abdullayev, Pərviz Bağırov və Yana Alekseyevna 1/4 finala yüksəldi

I Avropa Oyunlarında boks üzrə yarışlar davam edir.

Metbuat.az-ın xəbərinə görə, bu gün qadınlarda yüngül çəki (57-60 kq), kişilərdə isə yarım-orta çəki (69 kq), orta çəki (75 kq), ağır çəki (91 kq) və birinci yarım-orta çəkidə (64 kq) 1/8 final görüşləri keçiriləcək.

Artıq qadınlarda yüngül çəkidə təmsilçimiz Yana Alekseyevna Mira Potokoneni (Finlandiya) 3:0 hesabıyla məğlub edərək 1/4 finala yüksəlib.

Kişilərdə yarım-ota çəkidə (69 kq) Pərviz Bağırov moldovalı Vasilii Belusu 3:0 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb. 75 kq-dakı təmsilçimiz Xaybula Müsəlov Bakı vaxtı ilə saat 21:00-da Kristian Assomo-Halliye Mbilliylə üz-üzə gələcək. 91 kq-da Əbdülqədir Abdullayev Bakı Adam Hamorini məğlub edib. Birinci yarım-orta çəki dərəcəsində isə təmsilçimiz Sotomayor Kallozo Dmitri Qalaqotla (Moldova) görüşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR