Akrobat gimnastların final yarışları başlayıb

15:13 21 İyun 2015
84 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 iyun, AZƏRTAC
İyunun 21-də akrobatika gimnastikası üzrə qızlar arasında keçirilən komanda və qarışıq cütlüklərin yarışlarının final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, birinci Avropa Oyunları çərçivəsində Milli Giminastika Arenasında keçirilən komanda yarışlarında və qarışıq cütlüklərin mübarizəsində ümumilikdə 6 ölkə təmsilçisi qüvvəsini sınayır. İdmançılar əsasən müvazinət və temp hərəkətlərini nümayiş etdirirlər.
Qarışıq cütlüklərin mübarizəsində xalça üzərinə ilk olaraq çıxan rusiyalı akrobat gimnastlar temp hərəkətlərini nümayiş etdiriblər. Bu növdə ölkəmizi Ulyana Dyakova və Anatoliy Leonov təmsil edəcəklər.
Gün ərzində azərbaycanlı gimnastlar qrupu (Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynova) da birincilik uğrunda mübarizə aparacaqlar.
"Bakı-2015" birinci Avropa Oyunlarının proqramına daxil edilən iki qeyri-Olimpiya gimnastika növündən biri olan akrobatika gimnastikası üzrə yarışlara bu gün yekun vurulacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Akrobat_gimnastlarin_final_yarislari_baslayib-865846

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR