Birinci Avropa Oyunlarının aerobika yarışları ispaniyalı və macarıstanlı gimnastların qələbəsi ilə başa çatıb

Birinci Avropa Oyunlarının aerobika yarışları ispaniyalı və macarıstanlı gimnastların qələbəsi ilə başa çatıb
15:13 21 İyun 2015
53 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 iyun, Günay Kazımova, AZƏRTAC
İyunun 21-də Milli Gimnastika Arenasında birinci Avropa Oyunlarının aerobika yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, aerobika yarışların sonuncu günündə həm qruplar, həm də qarışıq cütlüklər öz məharətlərini göstəriblər.
Həm qrup, həm də qarışıq cütlüklərin yarışlarında Rusiya, Fransa, Macarıstan, Rumıniya, İspaniya və İtaliya atletləri mübarizə aparıblar.
Qarışıq cütlüklərin mübarizəsində ispaniyalı Sara Moreno Lopez və Vicente Lli Lloris 21.150 xal toplayaraq ən yüksək nəticə göstəriblər. İtaliyalı Mışel Kastoldi – Davide Donati dueti 21,050 xalla gümüş, rusiyalı Duxik Canazyan – Denis Solovyev cütlüyü isə 20,500 xalla bürünc medala layiq görülüblər.
Qrupların yarışında isə qızıl medala Macarıstan idmançıları sahib olublar. Onlar 21,144 xal toplayıblar. Rumıniya atletləri 21,094 xalla ikinci, İspaniya gimnastları isə 20,933 xalla üçüncü yerli tutublar.
Yarışlardan sonra qaliblər mükafatlandırılıblar.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Birinci_Avropa_Oyunlarinin_aerobika_yarislari_ispaniyali_ve_macaristanli_gimnastlarin_qelebesi_ile_basa_chatib-865847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR