Azərbaycanda ödənişsiz ekskursiya-bələdçi kursları təşkil olunacaq

15:47 21 Yanvar 2015
169 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 15:36 ]


Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Turizm Assosiasiyası (AZTA) aprel ayının 1-dən etibarən ödənişsiz aylıq ekskursiya-bələdçi kursları təşkil edəcək.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, kursları müvəffəqiyyətlə bitirən və imtahanlardan keçən şəxslər AZTA ilə müqavilə əsasında işlə təmin olunacaqlar.

 

Kurslara 20-30 yaşında müxtəlif xarici dillər bilən gənc qız və oğlanlar dəvət olunur. Hər bir qrup 20 nəfərdən ibarətdir, dərslər Azərbaycan və rus dillərində keçiriləcək.

 

Qeyd edək ki, bu tip kurslar artıq bir neçə ildir Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən təşkil olunur və artıq 50 nəfərə yaxın bələdçi hazırlanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR