x
Loading...

Boksçumuz: "Bu qələbə mənə möcüzə kimi görünür"

Boksçumuz: "Bu qələbə mənə möcüzə kimi görünür"
14:22 21 İyun 2015
29 İdman
Ölkə mətbuatı
A- A+
.

Azarkeşlər elə qışqırırdılar ki, yenidən irəliyə can atmaq istəyirdim

"Bu qələbə mənə möcüzə kimi görünür. Döyüş mənim üçün həm fiziki, həm də psixoloji cəhətdən çətin keçdi. Çünki bu rəqibimə əvvəllər məğlub olmuşam. Ona görə də bu qələbə mənim üçün möcüzədir. Xatırlayıram ki, mən ona ilk dəfə məğlub olanda başımı belə qaldıra bilmirdim. Amma bu dəfə məşqçim olan atam məni döyüşə elə köklədi, elə hazırladı ki, qalib gəldim. Bundan sonra da qələbələr qazanmağa hazıram. Biz hər şeyi Azərbaycan üçün etməyə, Azərbaycan bayrağını qaldırmağa hazırıq".

Bunu bu gün Trend-ə Azərbaycanı qadın boksçuların yarışında yüngül çəkidə (57-60 kq) təmsil edən Yana Alekseyeva Avropa Oyunlarındakı ilk döyüşündə 1/8 finalda Finlandiya idmançısı Mira Potkonen üzərində qələbəsindən sonra deyib.

Onun sözlərinə görə, boks Olimpiya idman növü olduğundan burada böyük rəqabət var. Xüsusən də onun çıxış etdiyi çəki dərəcəsi qadınlar arasında orta çəki hesab olunduğundan burada rəqiblər çoxdur. Bununla belə, o, öz çəkisində kimi favorit hesab etdiyini də açıqlayıb: "Mən hakim əlimi yuxarı qaldırmayana qədər heç vaxt özümü favorit hesab etmirəm. Bu, məşqçinin səni necə təlimatlandırmasından, özünü döyüşə fiziki və psixoloji cəhətdən necə kökləməyindən asılıdır. Amma fikrimcə, mənim çəkimdə favorit irlandiyalı Keti Teylordur. Mən ona həm insan, həm də boksçu kimi hörmət edirəm. Ümumiyyətlə, mənim kumirim öz məşqçim olan atam, qadın boksunda isə Keti Teylordur".

Boksçumuz qazandığı qələbəsində tamaşaçıların da müəyyən qədər pay sahibi olduğunu bildirib: "Mən tribunadan komandamızın digər üzvlərinin səsini eşidirdim. İlk dəfə idi ki, yarışlarda mənə belə azarkeşlik edildiyini görürdüm. Onlar da, tamaşaçılar da mənə elə azarkeşlik edirdilər ki, hər dəfə onların səsini eşidəndə bədənimdə olan hər molekul, hər atom yerindən oynayırdı. Hər raunddan sonra yorulurdum. Amma azarkeşlər elə qışqırırdılar ki, yenidən irəliyə can atmaq istəyirdim".

Y.Alekseyeva Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu da qeyd edib: "Mən bir çox beynəlxalq yarışlarda iştirak etmişəm. Amma bu Oyunlar çox yüksək səviyyədədir. Ona görə də yarışlara dünyanın ən məşhur boks ulduzları gəlib. Mən bu Oyunları belə yüksək səviyyədə təşkil edənlərin hamısına təşəkkür edir, onların qarşısında baş əyirəm. Onlar böyük hörmətə layiqdirlər".

Xatırladaq ki, srağagünkü döyüşlərdə boksçu xanımlarımız Anaxanım AğayevaLeyla Cavadova rəqiblərinə məğlub olmuşdular.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR