Simanın iş adamı olan atası - fotolar

Simanın iş adamı olan atası - fotolar
15:36 21 İyun 2015
390 Şou
Ölkə mətbuatı
A- A+

“İşte benim stilim” moda yarışmasının qalmaqallı keçmiş iştirakçısı Sima Şərafətdinova sosial şəbəkədə atasının fotosunu paylaşıb.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, o, məşhur biznesmen olan Vahid Şərafətdinovu “Atalar günü” münasibəti ilə təbrik edib:

“Həyatda həmişə belimi sənə dayadım. Mənə həmişə səhvlərimlə bağlı yol göstərdin. Bir addım atanda əlimdən tutdun. İndi fərq edirəm ki, sən mənim əlimi heç buraxmamısan. Şükür edirəm ki, bu dünyaya sənin qızın kimi gəlmişəm. Həyatda tam istədiyim yerdəyəm, buna görə sənə borcluyam. Ailəmizin rəisi, səni çox istyirəm ata”.

Qeyd edək ki, Vahid Şərafətdinov Türkiyə, Rusiya və İranda şirkətlərə sahibdir. Biznesmen İranda daha çox tanınır, eyni zamanda Dubayda şirkətləri var. İş adamı mediada daha çox Xocalı faciəsi ilə bağlı təşkil etdiyi tədbirlərlə gündəmə gəlib.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR