Bu gün daha bir boksçumuz 1/4 finala vəsiqə qazandı

Bu gün daha bir boksçumuz 1/4 finala vəsiqə qazandı
15:58 21 İyun 2015
60 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Avropa Oyunlarında boksçularımızdan 3 nəfəri qələbə qazanaraq növbəti mərhələyə vəsiqə əldə edib.

Trend xəbər verir ki, Azərbaycanı Avropa Oyunlarında boks yarışlarında ağır çəkidə (91 kq) təmsil edən boksçumuz Aldulkadir Abdullayev bu gün ilk döyüşunə çıxıb. Çünki püşkə əsasən boksçumuz 1/16 final mərhələsində döyüşlərdən azad edilmişdi.

A.Abdullayev 1/4 final mərhələsinə vəsiqə əldə etmək uğrunda Macarıstan idmançısı Adam Hamori ilə qarşılaşıb.

Gərgin keçən görüşün ilk raundunda rəqibinə daha çox zərbələr endirən boksçumuz ikinci raundda açıq-aşkar üstünlük nümayiş etdirib. Üçüncü raundda da macar idmançıya heç bir şans verməyən Abdulkadir Abdullayev hakimlərdən daha çox xal toplayan tərəf kimi görüşü qələbə ilə başa vurub və növbəti mərhələyə vəsiqə əldə edib.

Xatırladaq ki, bu gün Kristal Zalda keçirilən yarışlarda rinqə ilk çıxan artıq iki boksçumuz döyüşünü qələlə ilə başa vurub. Belə ki, Azərbaycanı qadın boksçuların yarışında yüngül çəkidə (57 - 60kq) təmsil edən Yana Alekseyevna 1/8 finalda Finlandiya idmançısına, kişi boksçularımızdan isə yarımorta çəkidə (69 kq) çıxış edən Pərviz Bağırov 1/8 finalda Moldova boksçusuna qalib gələrən 1/4 finala vəsiqə əldə ediblər.

Qeyd edək ki, saat 20:30-da isə rinqə təmsilçimiz Kollazo Sotomayor növbəti döyüşünə çıxacaq. Birinci yarımorta çəkidə (64 kq) çıxış edən K. Sotomayorun 1/8 finaldakı rəqibi moldovalı Dmitri Qaloqot olacaq. Qeyd edək ki, bundan əvvəlki mərhələdə boksçumuz Sloveniya boksçusu Edin Seydinoviçi yarışdan kənarlaşdırıb.

Bu gün təmsilçilərimizdə rinqə son olaraq püşkə əsasən 1/16 final mərhələsindən azad edilmiş, Azərbaycanı orta çəkidə (75 kq) təmsil edən Xaybula Musalov çıxacaq. Saat 21:00-da başlayacaq 1/8 final mərhələsindəki döyüşdə o Fransadan olan boskçu Kristian Mbilli Assomo-Hallier ilə münasibətlərə aydınlıq gətirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2409017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR