Lənkəran teatrı Elçinin “Cəhənnəm sakinləri” tamaşası ilə mövsümü başa vuracaq - FOTO

Lənkəran teatrı Elçinin “Cəhənnəm sakinləri” tamaşası ilə mövsümü başa vuracaq - FOTO
15:17 21 İyun 2015
Ölkə mətbuatı
A- A+

[ 21 İyun 2015 16:11 ]


Lənkəran. Ağəddin Babayev - APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa ilə iyulun 20-də cari mövsümü başa vuracaq.

 

Teatrın direktoru Tofiq Heydərovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, Azərbaycan tarixinin qara səhifəsinə yazılmış 1937-ci il Stalin rejiminin dəhşətli və qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs edən tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

 

Əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Adil Zeynalov, artistlərdən Əbülfəz Axundov, Qızılgül Quliyeva, Aynur Əhmədova və Tərlan Abdullayev ifa edirlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR