"Bakı-2015": Yığmamız dördüncü oldu (YENİLƏNİB)

I Avropa Oyunlarında akrobatika gimnastikasında növbəti medallar sahibini tapıb.

Metbuat.az-ın xəbərinə görə, artıq bu gün qarışıq cütlüklərin temp hərəkətlərində qalib müəyyənləşib. Rusiyanı təmsil edən Georgi Pataraya - Marina Çernova cütlüyü qızıl, belçikalı Solano Kassamajor və Yana Vastavel gümüş, Rayan Bartlett - Hannah Baugin (Böyük Britaniya) cütlüyü isə bürünc medal qazanıb.

Azərbaycanı təmsil edən Ulyana Diakova - Anatoli Leonov cütlüyü 27.320-lik göstəricisiylə 5-ci olub.

Qadınların qrup-balans yarışlarında 27.730-luq nəticəylə Azərbaycan yığması dördüncü olub. Belçika qızıl, Rusiya gümüş, Belarus isə bürünc medal qazanıb. Qarışıq cütlüklərin balans yarışında isə Rusiya qalib olub. Belçika gümüş medal qazanıb, Böyük Britaniya isə bürünclə kifayətlənib. Azərbaycanı təmsil edən cütlük 6-cı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR