Yananın məşqçi atası: "Allah da bunu görür"

Yananın məşqçi atası: "Allah da bunu görür"
16:22 21 İyun 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

"Döyüş mənim çox xoşuma gəldi. Yana onun qarşısında qoyulan tapşırığa əməl etdi, ona deyiləni etdi və nəticədə də qalib gəldi".

Bunu Trend-ə bu gün Avropa Oyunlarında qadınlar arasında boks üzrə yarışlarda Azərbaycanı təmsil edən Yana Alekseyevanın 1/8 finalda Finlandiya idmançısı üzərində qələbəsindən sonra onun məşqçisi, eyni zamanda atası İvan Yuşenko deyib.

Boksçumuzun məşqçisi yetirməsinə verdiyi tapşırığın nədən ibarət olduğunu da açıqlayıb: "Tapşırıq bu idi ki, rəqibin zərbələrini qarşılayıb yayınmaq. O da hamısını yerinə yetirdi. Ona afərin!"

İ.Yuşenko qeyd edib ki, o, bir ata kimi Yanaya uşaqlıqdan məşqçilik edir: "Mən uşaqlıqdan onun məşqçisiyəm. Yana artıq 14 yaşından boksdadır. Avropa çempionatının iki dəfə mükafatçısı olub. Bu, qadın üçün çox çətin məşğuliyyətdir. O bu çətinliyə dözdü. Allah da bunu görür və ona belə böyük nəticələr qazanmaqda kömək etdi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR