Abdullayev: "bizi elə dəstəkləsinlər ki, dayanmadan döyüşə bilək"

Abdullayev: "bizi elə dəstəkləsinlər ki, dayanmadan döyüşə bilək"
16:37 21 İyun 2015
87 İdman
Ölkə mətbuatı
A- A+

"İlk döyüşdən qalib ayrıldığıma görə sevincliyəm. İnşallah, bundan sonrakı döyüşlərdən sonra da belə hisslər olar. Hər şey yaxşıdır, hər şeyi yaxşı etdik".

Bunu Trend-ə Azərbaycanı Avropa Oyunlarında boks yarışlarında ağır çəkidə (91 kq) təmsil edən boksçumuz Əbdülqədir Abdullayev 1/8 finalda Macarıstan idmançısı Adam Hamori üzərində qələbə qazandıqdan sonra deyib.

Onun sözlərinə görə, belə yarışlarda adətən ilk döyüş ağır olsa da, Allah ona qələbə qazanmağa güc verdi. Boksçumuz möhtəşəm dəstəyə görə tamaşaçılara da minnətdarlıq edib: "Azarkeşlərin dəstəyi çox yaxşı idi. Mənə azarkeşlik edənlərin hamısına təşəkkür edir və cansağlığı diləyirəm. Arzulayıram ki, bundan sonra da bizi elə dəstəkləsinlər ki, dayanmadan döyüşə bilək".

A.Abdullayev qeyd edib ki, bu yarışda çempion olacağına inanır: "Bütün rəqiblərim güclüdür. Onların hər birindən məğlubiyyət gözləmək olar. Ani bir zərbə və sən məğlubsan... Yaxşı hazırlıq keçmişik. Meksiada 3 həftə gərgin məşqlərimiz olub. Bütün məşqçilərə, bizə dəstək verən və kömək edənlərin hamısına təşəkkürümü bildirirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/351765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR