Ermənistan əhalisinin təxminən üçdə biri yoxsulluq həddindədir

Ermənistan əhalisinin təxminən üçdə biri yoxsulluq həddindədir
15:53 21 Yanvar 2015
114 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Ermənistan əhalisinin 32 faizi və ya 967 000 nəfəri yoxsulluq həddindədir. Trend xəbər verir ki, bu barədə "Aykakan jamanak" qəzeti yazır.

Nəşrin yazdığına görə, Ermənistanda əhalinin yoxsulluq səviyyəsi ilə maraqlanan yeganə qurum Milli Statistika Xidmətidir. Ona görə də yoxsulluq haqqında təsəvvürlər MSX-nin hesablamaları əsasında formalaşır.

Qurum 5,184 ev təsərrüfatında sorğu aparılması yolu ilə yoxsulluğun səviyyəsinin müəyyən edilməsi üçün hesablamalar aparır.

Nəşr yazır: “MSX-nin məlumatına görə, əhalinin 32 faizinin aylıq gəliri 39,193 min dramdan azdır, halbuki 2013-cü ildə ekstremal yoxsulluğun minimal həddi 39,318 min drama çatırdı”.

MSX-nin məlumatına görə, respublikada bu göstəricidən az gəlirləri olanlar 13,3 faiz, yaxud 402 min nəfərdir, əhalinin 2,7 faizi və ya 82 min nəfər isə son dərəcə yoxsuldurlar. Çünki onların aylıq gəlirləri 22,993 min dramdır.

Qəzet yazır: “Ermənistanda yoxsulluğun azaldılması üçün hər il 83,9 milyard, ekstremal yoxsulluğun aradan qaldırması üçün isə daha 2,7 milyard dram tələb olunur”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2355574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR