Müdafiə naziri Fransanın Azərbaycandakı səfirini qəbul edib

Müdafiə naziri Fransanın Azərbaycandakı səfirini qəbul edib
15:57 21 Yanvar 2015
156 Sosial
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 15:53 ]

Bakı. Rəşad Süleymanov – APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni qəbul edib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

 

Səfir isə Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsindən məmnun olduğunu bildirib.

 

Görüşdə Fransa-Azərbaycan hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369826

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR