19-cu əsrdən sağ qalan son 6 nəfər

19-cu əsrdən sağ qalan son 6 nəfər
15:59 21 Yanvar 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+

Hazırda yer üzündə yaşaya 19-cu əsrin son 5 sakini qalıb. Lent.az-ın məlumatına görə, onların yaşı 100-dən yuxarıdır. 115 yaşlı ABŞ vətəndaşı Suzanna Muşat Counz 1899-cu ildə anadan olub. 11 uşaqlı ailədə böyüyüb. Özünün isə  övladı olmayıb. 2000-ci ildən bəri o, görmə və eşitmə qabiliyyətini itirib.

 

116 yaşlı Yapon vətəndaşı Misao Okava 1898-ci ilin martın 5-də dünyaya gəlib. 1919-cu ildə ailə qurub. 2 qızı, bir oğlu olub. Həmçinin, 4 nəvəsi, 6 nəticəsi var.

 

Daha bir ABŞ vətəndaşı Qertruda Uviver 1898-ci ildə anadan olub. M. Okava ilə həmyaşıddır. 4 övladdan sadəcə 93 yaşlı oğlu sağdır.

 

115 yaşlı italyan Emma Morano 1899-cu ildə doğulub. Noyabrın 29-da. Ailəliklə uzunömürlüdürlər. Xalası 101, anası 91 il yaşayıb. 5 bacısının yaşı 90-dan çoxdur.

 

115 yaşlı Ceralien Telli 1899-cu ilin mayında ABŞ-da dünyaya gəlib. Çox aktiv qadındır. Hər il dostu Maykl Kinloçem və onun oğlu Taylerla balığa gedir.

 

Qeyd edək ki, bu yaxınlarda yerli mətbuatda əslən Lerikdən olan 118 yaşlı Tahirova Naristan Zahirəli qızı da 19-cu əsrin insanlarından hesab edilir.












Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190973

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR