ABŞ-ın lazer silahına İrandan gözdağı (FOTO)

ABŞ-ın lazer silahına İrandan gözdağı (FOTO)
21:31 25 Dekabr 2014
131 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Fars körfəzində keçirdiyi lazer silahının sınağına İran bu gün hərbi manevrlə cavab verib.

ANS PRESS-in məlumatına görə, İran dünya bazarına çıxarılan neftin əsas hissəsinin keçdiyi Hörmüz Boğazı və ətrafında geniş miqyaslı hərbi manevrlərə başlayıb.

İran Ordusu və İnqilab Keşikçilərinə aid quru, dəniz və hava qüvvələrinin qatıldığı "Məhəmməd Rəsulullah" adlı manevr barədə məlumat verən general Əhməd Rza Purdestan Hörmüz boğazının strateji əhəmiyyətindən danışıb:

"Manevrin keçirilməsi üçün çoğrafi şərait əlverişli olmasa da əsgər və zabitlərin əhvalı olduqca yüksəkdir".

İranın quru qoşunlarının komandanı bildirib ki, manevrin məqsədi komandirlərin hərbi təcrübələrinini gənc əsgərlərə öyrətməkdir.

Hörmüz boğazının şərqindən Hind Okeanının şimalına qədər uzanan geniş bir bölgədə keçirilən manevrlər bir həftə davam edəcək.

Dünya neftinin strateji keçid nöqtələrindən olan Hörmüz boğazının yanında ölkənin cənubundakı Hörmüzgan və Pakistan sərhədindəki Sistan və Bəlucistan əyalətlərinin də manevr sahəsi içərisində olduğu ifadə edildi.

Qeyd eədk ki, ABŞ-ın yeni lazer silahının sınağını Fars körfəzində keçirmişdi. Bu isə İranı qorxutmaq kimi qiymətləndilrilimişdi. İranın bu gün başladığı hərbi təlimlər isə ABŞ-a verilən cavab kimi qiymətləndirilir.

















































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR