Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 5,5 milyon dəyərində İT layihə həyata keçirir

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 5,5 milyon dəyərində İT layihə həyata keçirir
16:06 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Korea Exchange" şirkəti ilə İnformasiya Sistemlərinin tətbiqi ilə bağlı müqavilə imzalayıb.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, müqavilə Kapital Bazarları üçün Ticarət, Post ticarət və Bazara nəzarət alt sistemlərindən ibarət İnformasiya Sistemlərinin təchizatı və quraşdırılmasını nəzərdə tutur.
 
Müqavilənin ümumi dəyəri 5 milyon 546 min dollar təşkil edir. Layihə Azərbaycan Hökuməti və Dünya Bankı arasında "Kapital Bazarlarının Müasirləşdirilməsi" layihəsinin maliyyələşdirilməsinə dair imzalanmış kredit sazişinə uyğun olaraq "Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması" komponentidir.
 
Layihənin məqsədi qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə Azərbaycan Prezidentinin 2011-ci il 16 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının icrası üçün zəruri texniki, təşkilati, məlumat dəstəyini təmin etməkdir.
 
Aynur Vəliyeva
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR