Kadet unitazı yaladı (FOTO)

Kadet unitazı yaladı (FOTO)
16:06 21 Yanvar 2015
167 Dünya
Ölkə mətbuatı
A- A+

Çində bir kadet tualetin təmiziliyini sübut etmək üçün unitazı yalayıb.

ANS PRESS-in məlumatına görə, hadisə Çindəki texniki tədris müəssisələrindən birində olub.

Serjant otağı təmizləyən kadetin işindən narazı qalıb və onu danlamağa başlayıb. O, tələbələri cəzalandıracağını deyəndə isə kadet buna dözməyib və otağın təmizliyini sübut etmək üçün icazə istəyib. Bundan sonra o, dizlərini yerə qoyaraq tualetdə unitazı yalamağa başlayıb. O bununla sübut etmək istəyib ki, tələbə yoldaşları ilə birlikdə otağı tam təmizləyiblər. Buna görə tualeti yalayanda iyrənməyib.

Qeyd edək ki, Çində kollec və universitetlərdə hərbi hazırlıq məşğələləri çox ciddi keçilir. Məqsəd isə ciddi nizam-intizamın təbliğ edilməsidir.



Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR