AFFA "lipa" tapdı

AFFA "lipa" tapdı
16:07 21 Yanvar 2015
184 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az komitənin qəbul etdiyi qərarları təqdim edir:


* U-16 Liqasının AZAL - "Simurq" matçının 80+2-ci dəqiqəsində "Simurq" klubunun futbolçusu Tural Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

 

* U-16 Liqasının “Bakı” - “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra “Bakı” klubunun futbolçusu Aslan İsmayılov və “Xəzər Lənkəran” klubunun futbolçusu Taryel Mirzəyev rəqibi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 3 oyun cəzalanır.


* U-14 Liqası “Dinamo” (Yardımlı) klubunun futbolçusu Cavidan Bağışlı adlı oyunçunun sənədlərinin saxta olması aşkar olunub. Bu səbəbdən həmin futbolçunun iştirakı ilə keçirilən bütün oyunlara “Dinamo” klubuna texniki məğlubiyyət verilir.


* Futzal üzrə Azərbaycan birinciliyinin “Kövsər” – “Yol” matçının 19-cu dəqiqəsində “Yol”  klubunun futbolçusu Əsgər Əsədov və “Kövsər” klubunun futbolçusu Mehman Məmmədov aqresiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 3 oyun cəzalanır.


* Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Ulduz” – “Titan” matçının 50-ci dəqiqəsində “Titan” klubunun futbolçusu Elçin Abdullayev və “Ulduz” klubunun futbolçusu İntiqam Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün  hər iki futbolçu 1 oyun cəzalanır.

- Oyunun 50-ci dəqiqəsində “Titan” klubunun futbolçusu Elçin Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmasından sonra hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyun cəzalanır.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-quotlipaquot-tapd-t17673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR