Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Məftun Salmanov/
Yaponiyada insanabənzər 100 robot rəqs şousu göstərib. Trend-in çərşənbə günü "Zaman" qəzetinə istinadən verdiyi məlumata əsasən, "Robi" adı ilə dizayn edilən robotların uzunluğu 34 santimetrdir.
Ümumilikdə 3 dəqiqəlik şou göstərən robotların eyni anda hərəkət etmələri maraqlı görüntülər yaradıb.
Robotlar 500 dollardan satışa çıxarılacaq. Onlar 200 yapon sözü bilir və futbol oynayırlar. Robotların hər birinin ağırlığı 1 kilodur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az