“IDC”: ötən il “EMEA” regionunun FK bazarında artım qeydə alınıb

“IDC”: ötən il “EMEA” regionunun FK bazarında artım qeydə alınıb
16:11 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu yaxınlarda qlobal fərdi kompüter (FK) bazarı üzrə dərc edilmiş hesabatdan sonra "IDC" analitikləri "EMEA" (Avropa, Yaxın Şərq və Afrika) regionunda vəziyyət haqda daha ətraflı tədqiqat dərc ediblər.

Ekspertlərin qiymətləndirməsinə əsasən, 2014-cü ilin son rübündə "EMEA" regionuna 25,5 milyon FK tədarük edilib ki, bu da ötənilki göstəricidən 2 faiz yüksəkdir. İstehlakçı tələbatının artımı sayəsində artıq üç rüb ardıcıl sözügedən bazarda müsbət dinamika müşahidə olunur. Ötən ilin nəticəsinə görə, regiona FK-nın tədarük həcmi 5.5 faiz artaraq 93,3 milyona çatıb.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, amma heç də bütün ölkələrdə tendensiyalar müsbət olmayıb. Qərbi Avropa dövlətlərində artım (10,7 faiz) qeydə alındığı zaman Mərkəzi və Şərqi Avropada rüblük tədarüklər 18,7 faiz azalıb ki, bu da valyuta kurslarının dəyişməsi, qeyri-stabil siyasi və makroiqtisadi vəziyyətlə bağlıdır. Ötən ilin nəticəsinə görə, bu regionda 14 faizlik azalma qeydə alınıb.

Həmçinin Yaxın Şərq və Afrika üzrə göstəricilər Türkiyə və Səudiyyə Ərəbistanında tələbatın artımı fonunda 2.6 faiz yüksəlib.

"EMEA" regionuna tədarük edilmiş FK-ların 70 faizi "HP", "Lenovo", "Dell", "Acer" və "ASUS" şirkətlərinin payına düşür.

2014-cü ilin oktyabr-dekabrında "Hewlett-Packard" sözügedən regiona 5,95 milyon noutbuk və masaüstü tədarük edib. Bir il əvvəl bu göstərici 5.19 milyon idi. Nəticədə şirkətin bazar payı 20,8-dən 23,3%-dək yüksəlib.

Çinin "Lenovo" şirkəti FK tədarükünü 31,1 faiz artırıb. Şirkətin bazar payı 4,3 faiz artaraq 19,6 faiz təşkil edib.

Emil Hüseynov
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR