Günay İbrahimli: "Hələ ki, heç kəs yoxdur həyatımda"

Günay İbrahimli: "Hələ ki, heç kəs yoxdur həyatımda"
16:12 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Günay İbrahimli "Region TV"də yayımlanan "Şou Məkan" verilişində şəxsi həyatından və yeni yaradıcılıq işlərindən danışıb
Milli.Az xəbər verir ki, müğənni bunları söyləyib: "Şəxsi həyatımla bağlı heç nə deyə bilmərəm. Hələ ki, heç kəs yoxdur həyatımda. Amma iş həyatımda yeniliklər çoxdur. 2015-də tamaşaçılar məndən yeni mahnılar, kliplər, konsertlər gözləsinlər".

Media nümayəndələrini başına toplayan müğənni bu görüşün səbəbini isə belə açıqlayıb: "Bu görüşün elə bir xüsusi səbəbi yoxdur. Yeni prodüserimlə qərar verdik ki, 2-3 aydan bir jurnalistlərlə bu cür görüşlər təşkil edək, səmimi söhbət edək. Onlarla oturduq, dedik, güldük. Elə şeylər danışdıq, bilirəm ki, onları yazmayacaqlar. Öz aramızda “podruqalar” kimi qeybət elədik".

Müğənni jurnalistlərlə aralarındakı münasibətdən də danışıb: “Bu günə kimi haqqımda çıxan heç bir xəbərə görə hansısa jurnalistdən nəsə xahiş etməmişəm. Amma bəzən işlədiyim prodüser jurnalistdən hansısa xəbərin başlığını dəyişməyi xahiş edib".

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR