Azərbaycanlı hakimlər Avropa Məhkəməsinin presedentlərini təhlil ediblər

Azərbaycanlı hakimlər Avropa Məhkəməsinin presedentlərini təhlil ediblər
16:18 21 Yanvar 2015
225 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlkin İzzət/

Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi üzrə tədbir keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ədliyyə Akademiyası tərəfindən Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) ilə birgə “Avropa İnsan Hüquqları Konvensiyası və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ” mövzusunda Qəbələ şəhərində geniş seminar keçirilib.

Ali, apellyasiya və yerli məhkəmələrdən olan 50-dək hakimin iştirak etdiyi tədbirdə Ali Məhkəmənin təcrübəli hakimlərinin Avropa İnsan Hüquqları Konvensiyasının və həmin məhkəmənin presedentlərinin tətbiqi, mülkiyyət hüququnun qorunması mövzularında mühazirələri dinlənilib, Avropa Məhkəməsinin mühüm presedentləri təhlil edilib.

Geniş müzakirələr şəraitində keçirilən tədbirdə Avropa Məhkəməsi presedentlərinin tətbiqi ilə bağlı təcrübədən irəli gələn məsələlər üzrə səmərəli fikir mübadilələri aparılıb, qaldırılan suallara aydınlıq gətirilib.

Tədbir iştirakçıları bu cür aktual mövzularda təlimlərin təşkilinin hakimlərin bilik və bacarıqlarının artırılmasında və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında əhəmiyyətini qeyd ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR