TQDK nəzarətçi-müəllimlər üçün treninqlərə başlayır

16:18 21 Yanvar 2015
400 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə müvafiq imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün treninqlər keçirəcək.
TQDK-dan AzərTAc-a bildiriblər ki, treninqlərə respublikanın 80 şəhər və rayonundan 15 minə yaxın müəllim cəlb olunacaq.
Yanvarın 26-dan martın 5-dək aparılacaq treninqlərdə məqsəd nəzarətçi–müəllimləri test imtahanlarının texnologiyası ilə tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.
Treninqlər Bakı və Sumqayıt şəhərlərində TQDK mərkəzi aparatının, digər şəhər və rayonlarda isə Komissiyanın regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılacaq.
İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün treninqlərin 25-30 nəfərlik qruplarla aparılması nəzərdə tutulub. Bu zaman real imtahanda tətbiq edilən sənəd və vəsaitlərdən istifadə olunacaq, Komissiya tərəfindən hazırlanmış, imtahan texnologiyasına aid film nümayiş etdiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/TQDK_nezaretchi_muellimler_uchun_treninqlere_baslayir-826398

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR