Səudiyyə Ərəbistanınıı səfiri “APA Holdinq”in rəhbərliyi ilə görüşüb

Səudiyyə Ərəbistanınıı səfiri “APA Holdinq”in rəhbərliyi ilə görüşüb
16:19 21 Yanvar 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid əs-Sülaym bu gün “APA Holdinq”də olub.

 

APA-nın məlumatına görə, V. Mahirqızı “APA Holdinq” fəaliyyəti haqqında ətraflı məlumat verib, holdinqə daxil olan təsisatların Səudiyyə Ərəbistanı səfirliyi ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu deyib.

 

V. Mahirqızı APA-nın Azərbaycanda ərəb dilində xəbər yayan azsaylı agentliklərdən olduğunu qeyd edərək, agentliyin ərəb dünyası, o cümlədən Səudiyyə Ərəbistanında baş verən hadisələrə diqqətlə yanaşdığını vurğulayıb.

 

Azərbaycan və Səudiyyə Ərəbistanının media qurumları arasında əməkdaşlığın zəruriliyini qeyd edən V. Mahirqızı APA-nın da belə bir əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

 

Öz növbəsində, səfir ölkəsinin Azərbaycanla münasibətlərindən söz açıb, Səudiyyə Ərəbistanının hər zaman Azərbaycanın yanında olduğunu bildirib.

 

APA-nın Azərbaycanın media məkanında rolunu yüksək qiymətləndirən diplomat Səudiyyə Ərəbistanı səfirliyinin “APA Holdinq”ə daxil olan qurumlarla daha sıx əməkdaşlıq etmək niyyətini ifadə edib.

 

Səfir iki ölkənin media qurumları arasında münasibətlərin dərinləşməsinin zəruriliyini önə çəkərək, bu əməkdaşlığın ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması baxımından mühüm olduğunu diqqətə çatdırıb.





Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR