Zakir Həsənov səfirlə görüşdü (FOTO)

Zakir Həsənov səfirlə görüşdü (FOTO)
16:21 21 Yanvar 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə naziri Fransa Respublikasının Azərbaycandakı səfirini qəbul edib

ANS PRESS-in Müdafiə Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönyeni qəbul edib.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Qonaq Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsindən məmnun olduğunu bildirib.

Görüşdə Fransa-Azərbaycan hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR