Səhiyyə naziri Saatlıda vətəndaşları qəbul edəcək

16:23 21 Yanvar 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Səhiyyə naziri Oqtay Şirəliyev yanvarın 22-si saat 11:00-da Saatlı Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qəbul zamanı Saatlı, İmişli, Beyləqan və Füzuli rayonları sakinlərinin müraciətləri, şikayət və təklifləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Saatlı Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR