Bakıda “Azərbaycanda Əlilliyi olan Gənclər üçün İdman” layihəsi müzakirə olunub

Bakıda “Azərbaycanda Əlilliyi olan Gənclər üçün İdman” layihəsi müzakirə olunub
16:28 21 Yanvar 2015
145 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov “Azərbaycanda Əlilliyi olan Gənclər üçün İdman” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ nümayəndə heyəti ilə görüş keçirib.
Əlil İdmançılara Dəstək İctimai Birliyindən AzərTAc-a bildiriblər ki, görüşdə ABŞ-ın əlil idmanı sahəsində ixtisaslaşan beş müxtəlif qeyri-hökumət təşkilatının mütəxəssisləri ilə birgə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvləri, “İnkişaf Naminə İdman” sədri Mehman Kərimov, həmçinin təşkilatın məsul işçiləri iştirak ediblər.
İlqar Rəhimov nümayəndə heyətinə Azərbaycanda əlil idmanı və paralimpiya hərəkatının tarixi, Azərbaycan hökumətinin müvafiq sahədə həyata keçirdiyi dövlət proqramları haqqında ətraflı məlumat verdikdən sonra qonaqların suallarını cavablandırıb.
Qeyd edək ki, “Azərbaycanda Əlilliyi olan Gənclər üçün İdman” layihəsi “SportsUnited” və Amerikanın Təhsil və Mədəniyyət Departamentləri tərəfindən maliyyələşdirilir. Layihənin əsas tərəfdaşları ABŞ-ın Azərbaycan səfirliyi və Azərbaycan Milli Paralimpiya Komitəsidir.
Azərbaycanda layihənin əsas icraçı təşkilatı “İnkişaf Naminə İdman” İctimai Birliyi, ABŞ-da isə Təlim və İnkişaf İnstitutudur.
ABŞ nümayəndə heyətinin Azərbaycana təcrübə mübadiləsi səfəri yanvarın 30-dək davam edəcəkdir. Bu müddətdə onlar Azərbaycan müxtəlif bölgələrinə səfər edərək əlil idmanı sahəsində fəaliyyəti ilə daha yaxından tanış olacaqlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR