Azərbaycan Beynəlxalq Bankı elektron arayışların tətbiqinə başlayıb

Azərbaycan Beynəlxalq Bankı elektron arayışların tətbiqinə başlayıb
16:28 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Azərbaycan Beynəlxalq Bankı (ABB) kredit əməliyyatlarının aparılması və digər bank işlərini sadələşdirilməsi məqsədilə elektron arayışların tətbiqinə başlayıb.
AzərTAc xəbər verir ki, ABB-nin birgə fəaliyyəti nəticəsində vətəndaşlarımız www. e-gov.az portalı üzərindən elektron arayışları formalaşdıraraq banka göndərə biləcəklər. Bununla bərabər, bankın müştəriləri bankda quraşdırılmış xüsusi terminallar vasitəsilə də özləri portala giriş edərək, elektron arayış əldə edə biləcəklər. Hazırda bu xidmət bankın Mərkəzi, Sabayıl, Premyer və Yasamal filiallarında istifadəya verilib.
Qeyd edək ki, elektron arayışların verilməsində bu tip terminallardan istifadə ilk olaraq Azərbaycan Beynəlxalq Bank tərəfindən tətbiq edilib.
Hazırda portalın operatoru növbəti mərhələ kimi elektron arayışlardan istifadə sahələrinin genişləndirilməsi və müxtəlif sahələr üzrə elektron arayışların verilməsi üçün işləri davam etdirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Beynelxalq_Banki_elektron_arayislarin_tetbiqine_baslayib-826405

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR