Balacalar üçün “Məlikməmməd və sehrli almalar” hazırlanır

Balacalar üçün “Məlikməmməd və sehrli almalar” hazırlanır
16:29 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir uşaq tamaşasının məşq prosesinə start verilib. Teatrdan Lent.az-a verilən məlumata görə, növbəti tamaşa Azərbaycan xalq nağılı “Məlikməmməd” əsasında səhnələşdirilmiş “Məlikməmməd və sehrli almalar”dır.

 

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elnur Babayev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

 

Yeni səhnə əsərində rolları Asya Atakişiyeva, Roza İbadova, Günel Məmmədova, Zümrüd Quliyeva və başqalarıdır.

 

Tamaşanın premyerasının martın 12-də nümayiş etdirilməsi nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR