Qayınana kürəkənindən belə "yarıdı": 2 min manat - FOTO

Qayınana kürəkənindən belə "yarıdı": 2 min manat - FOTO
16:37 21 Yanvar 2015
152 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkirdə keçmiş kürəkən qayınanasının evindən oğurluq edib. Həmin şəxs mənzildən nə az, nə çox düz 2000 manat nəğd pul aparıb. Kürəkən həmin pulu xərcləməyə macal tapmamış polis onu saxlamağa müvəffəq olub.

Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkir rayonunun Düyərli kənd sakini Dursun Aslanova Daxili işlər Nazirliyinin 102 xidmətinə zəng edərək mənzilindən 2000 manat nəğd pulun oğurlanması barədə məlumat verib. Dərhal hadisə yerinə gələn əməliyyat qrupu cinayətin üstünü isti izlərlə aça bilib. Müəyyən edilib ki, cinayət hadisəsini ev sahibinin keçmiş kürəkəni törədib.

Məhərrəm Məmmədov, Şəmkir rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi: “Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Tovuz rayonu, Düz Qırıqlı kənd sakini Ramil İsgənədrov saxlanılıb. Onun üzərindən oğurladığı pulun 1730 manatı götürülüb. Yerdə qalan 270 manatı isə yaşadığı kafelərdən birində xərcləyib”.

Saxlanılan Ramil İsgəndərov əməlini etiraf edib. O, hadisə vaxtı sərxoş olduğunu və oğurluq etməsinə səbəb kimi spirtli içkiyə olan tələbatını ödəyə bilməməsini göstərib.
Ramil İsgəndərov: “Evə pəncərədən daxil oldum. Pulu götürüb çıxdım. Sonra kafedə yeyib-içdiyim yerdə məni tutdular”.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cianyət işi başlanılıb. İstintaq aparılır.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR