Derek Hoqan: “ABŞ prezidentlər səviyyəsində danışıqların bərpa olunmasını istəyir”

Derek Hoqan: “ABŞ prezidentlər səviyyəsində danışıqların bərpa olunmasını istəyir”
16:37 21 Yanvar 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 16:33 ]

Bakı. Məlahət Nəcəfova - APA. “ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olaraq 2015-ci ildə də hər iki tərəfi Dağlıq Qarabağ üzrə danışıqları davam etdirməyə dəvət edəcək”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan deyib.

 

Onun sözlərinə görə, ilk növbədə iki ölkə prezidentlərinin, o cümlədən xarici işlər nazirlərinin danışıqları davam etdirməsinə çalışılacaq: “Prezidentlərin son görüşü keçən il Parisdə baş tutub. ABŞ istəyir ki, prezidentlər səviyyəsində danışıqlar bərpa olunsun. Bunun üçün danışıqların aparılacağı müddəalar, məsələlər müəyyənləşdirilməlidir ki, həmsədrlər də hazırda bu məsələlər üzərində işləyirlər. Önəmli məqam ondan ibarətdir ki, hər iki tərəf, eyni zamanda həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsinə diqqətlərini yönəldiblər və son dövrlər təmas xəttində müşahidə olunan gərginliyin artmasında heç bir tərəf maraqlı deyil”.


D.Hoqan prezidentlərin həm görüşlərindən əvvəl, həm də görüşlərindən sonra amerikalı həmsədr Ceyms Uorlikin öz bəyanatlarında, sosial mediadakı yazılarında çox fəal şəkildə iştirak etdiyini, öz fikirlərini bildirdiyini qeyd edib, bu fəallığın 2015-ci ildə də davam etdiriləcəyinə inandığını bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR