Kim Çen In Rusiyaya gedir

Kim Çen In Rusiyaya gedir
16:41 21 Yanvar 2015
86 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər edəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Kim Çen In, Çin Xalq Respublikasının sədri Si Cinpin və digər dövlətlərin liderləri Qələbə Günündə Moskvaya gəlmək qərarını təsdiq ediblər.

Dəvət bu il mayın 9-da Moskvada Qələbə bayramının 70 illiyi münasibətilə keçiriləcək şənliklərlə əlaqədar olaraq bir çox xarici dövlət başçısına göndərilib.

Bununla yanaşı, beynəlxalq və regional təşkilatların nümayəndələri və koalisiya üzvləri də Qələbə bayramına dəvət edilib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR