Saç tökülməsinə son qoyan maskalar

Saç tökülməsinə son qoyan maskalar
16:41 21 Yanvar 2015
673 Digər
Ölkə mətbuatı
A- A+

Saç tökülməsi hər bir qadının qorxulu yuxusuna çevrilib. Mövsüm dəyişərkən, hamiləlik ərəfəsində tüklərin normadan artıq tökülməsi keçəlliyə səbəb olur. Bunun qarşısını almaq üçün müxtəlif maskalardan istifadə edilməlidir.

Axşam.az xarici mətbuata istinadən saç dibini möhkəmlədən maskalar təqdim edir:

• Yumurta sarısını dəmir tavada, od üzərində yandırıb, alınan yağı saçın diblərinə sürtdükdə köklər bərkiyir və təzə tük bitir.

• Ardıcı döyüb, yumşaltdıqdan sonra sirkə ilə qatıb, başa çəkmək hətta ən ağır xəstəlik nəticəsində saçları tökülmüş insanlara da kömək edir.

• Bənövşə yağı tük tökülməsinə qarşı xeyirlidir.

• Müntəzəm turp yemək tükləri bərkidir.

• Böyürtkənin yarpaq və meyvəsini qaynadıb, başı yaxaladıqda saçlar qaralır, dibi möhkəmlənir.

• Xardaldan hazırlanan təpitmə tük tökülməsinin qarşısını alır.

• Qoz yağı saç diblərini bərkidir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR