Surqut şəhərində azərbaycanlı biznesmenin yoxa çıxması ilə əlaqədar qətl maddəsi ilə cinayət işi açılıb

Surqut şəhərində azərbaycanlı biznesmenin yoxa çıxması ilə əlaqədar qətl maddəsi ilə cinayət işi açılıb
16:42 21 Yanvar 2015
410 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 16:36 ]

Bakı – APA. Rusiyanın Surqut şəhərinin prokurorluğu 49 yaşlı iş adamı Barat Əkbərovun yoxa çıxması ilə bağlı araşdırmaya başlayıb.

APA-nın “siapress.ru” saytına istinadən verdiyi məlumata görə, B. Əkbərovun axtarışına şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

 

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105.1 maddəsi (qətl) ilə cinayət işi açılıb.  

 

Surqut şəhər prokurorluğundan bildiriblər ki, yanvarın 17-də Surqut polisinə B. Əkbərovun oğlu müraciət edib. O bildirib ki, atası yanvarın 16-da saat 22.00 radələrində qohumlarına zəng edib və öz avtomobili ilə evə qayıtdığını deyib. Bundan sonra B. Əkbərov heç kimlə əlaqə saxlamayıb. Yoxa çıxmış şəxsin “Toyota Land Cruiser 200” markalı avtomobili yaşadığı evin yaxınlığında tapılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR